RUSİYA

İran və Rusiya Yaxın Şərq zonasında zərərçəkənlərə kömək etmək üçün razılığa gəliblər

Tərəflər silahlı toqquşmaların olduğu ərazidə atəşkəs rejiminin yaradılmasının zəruriliyini də müzakirə ediblər.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri və Rusiyanın müdafiə naziri Sergey Şoyqu telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasında zərərçəkənlərə yardım göstərmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər silahlı toqquşmaların olduğu ərazidə atəşkəs rejiminin yaradılmasının zəruriliyini də müzakirə ediblər.
Agentlik bildirir ki, Rusiyanın müdafiə naziri öz növbəsində Moskvanın təklif etdiyi təşəbbüsün atəşkəsin elan edilməsini nəzərdə tutduğunu, lakin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı bəzi Qərb ölkələrinin onun qəbul edilməsinə mane olduğunu vurğulayıb.