BAKI, 19 oktyabr — Sputnik. Polşa Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyinin əməkdaşları oktyabrın 15-də keçirilən seçkilərdən sonra ölkəni son səkkiz ildə idarə etmiş Qanun və Ədalət partiyasının parlament çoxluğunu itirməsindən sonra sənədləri məhv etməyə başlayıblar. Bu açıqlama ilə Polşanın Sol partiyasının nümayəndəsi, deputat Kşiştof Qavrovski çıxış edib.
"Orduda sənədlərin məhv edilməsi ilə bağlı təhlükəli prosesin başladığı barədə məlumat almışıq. Baş qərargahdan göstərişlər alınıb, bəzi sənədlər yoxa çıxa bilər", - o, RMF FM radiosunda deyib.
Deputatın sözlərinə görə, artıq bunu hərbi strukturlardakı solçu qüvvələrin tərəfdarları artıq bununla məşğul olurlar. "Mən də məlumat alıram ki, Ədliyyə Nazirliyi arxivləri təmizləməyə başlayıb", – Qavrovski əlavə edib.
Oktyabrın 15-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, Qanun və Ədalət partiyası 35,38%, müxalifətin ən böyük birliyi "Vətəndaş Koalisiyası" 30,70%, "Üçüncü Yol" assosiasiyası 14,40%, "Sol" partiyası 35,38% səs toplayıb. Qanun və Ədalət partiyasının birinci yeri tutmasına baxmayaraq, bu üç müxalif qüvvənin ümumi nəticəsi onlara hökumət qurmağa iddialı olmağa imkan verəcək.