CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində yağmurlu hava müşahidə olunacaq - Proqnoz

Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gündüz saatlarında yağışda fasilələr olacaq. Cənub-şərq küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 15-20° isti, dağlarda 4-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.