RUSİYA

Novak Rusiyadan Çinə enerji ixracının artım səviyyəsini açıqladı

Rusiya baş nazirinin müavini Aleksandr Novak Beşinci Rusiya-Çin Enerji Biznes Forumunda çıxış edib.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Rusiyadan Çinə enerji resurslarının ixracı ilin əvvəlindən keçən ilin eyni dövrü ilə müqayisədə 17% artıb.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Energetika qarşılıqlı fəaliyyətimizin əsas sahələrindən biridir. Uzun illərdir ki, Rusiya enerji təhlükəsizliyinin təmin edilməsində dostlarımızın etibarlı tərəfdaşıdır. Bu il Rusiyanın Çinə enerji məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb", - deyə Novak Beşinci Rusiya-Çin Enerji Biznes Forumunda çıxışı zamanı deyib.