BAKI, 19 oktyabr — Sputnik. Çin Rusiya və Monqolustan ilə üçtərəfli əməkdaşlığı genişləndirməyə və iqtisadi dəhliz yaradılması üzərində işləməyə hazırdır.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu barədə Çin Prezidenti Si Cinpin Pekində Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla söhbətində bildirib.
Çin lideri qeyd edib ki, dövlət Monqolustanla əməkdaşlığa, hər iki tərəfin maraqlarını nəzərə almağa, həmçinin qonşu ölkənin iqtisadiyyatının inkişafına kömək etməyə yönəlib.
Si Cinpin Çinin Monqolustanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Əlavə edək ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda hökumətə Monqolustan və Qərbi Çindən keçməklə Mərkəzi Avrasiya nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxmağı tapşırıb.