BAKI, 19 oktyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Türkiyə, Almaniya, İtaliya və ərəb ölkələri ilə birlikdə üzvləri Misirdə Fələstinlə bağlı oktyabrın 21-də keçiriləcək sammitə dəvət alıblar. Bunu Misirin Romadakı səfiri Bassam Radi bildirib.
Oktyabrın 21-də Qahirədə Fələstin məsələsinin gələcəyi və sülh prosesi ilə bağlı sammitin keçirilməsi planlaşdırılır.
"Biz İtaliyadan baş nazir Corc Meloninin digər dünya liderləri ilə birlikdə iştirak edəcəyinə dair razılıq aldıq. Bu, BMT Təhlükəsizlik Şurası beşliyi üstəgəl Türkiyə, Almaniya və Aİ-nin sədridir. Əlbəttə, bütün ərəblər ölkəri də dəvət edilib", - diplomat bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətlərinin tərkibi ilə bağlı heç bir məlumat yoxdur.
"Ümid edirik ki, bu sammit regionda sülh və təhlükəsizliyi təmin edəcək bəzi qətnamələrin qəbuluna gətirib çıxaracaq", - Radi bildirib.
Misir səfiri Qəzza zolağından mülki əhalinin getməsi ilə bağlı humanitar problemdən danışaraq, Qahirənin qaçqınları qəbul edə bilməyəcəyini qeyd edib.