İQTİSADİYYAT

ŞƏT, MDB və Aİİ hökumət başçıları Bişkekə gedəcəklər

Oktyabrın 25-26-da ŞƏT Hökumət Başçıları Şurası, oktyabrın 26-27-də MDB və Avrasiya Hökumətlərarası Şurasının baş nazirlərinin iclasları keçiriləcək.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Gələn həftə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB)Avrasiya Hökumətlərarası Şurasının hökumət başçılarının görüşləri keçiriləcək. Qırğızıstan KİV-lər məlumat yayıb.
Oktyabrın 25-26-da ŞƏT Hökumət Başçıları Şurası, oktyabrın 26-27-də MDB və Avrasiya Hökumətlərarası Şurasının baş nazirlərinin iclasları keçiriləcək.
ŞƏT-ə müxtəlif statuslarda səkkiz üzv dövlət - Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan Özbəkistan daxildir. Daha dörd ölkə - Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi dövlət statusuna malikdir.
MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan Özbəkistan daxildir.
Avrasiya İqtisadi İttifaqında (Aİİ) isə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya təmsil olunub. Bundan əlavə, Moldova, Özbəkistan və Kuba təşkilatda müşahidəçi statusuna malikdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.