RUSİYA

Putin və Si Cinpin çay süfrəsi arxasında üzbəüz danışacaqlar - Peskov

Nümayəndə heyətləri formatında danışıqlar artıq başa çatıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Rusiya və Çin liderləri Vladimir Putin Si Cinpin nahar zamanı danışıqları davam etdiriblər. Daha sonra onların üzbəüz söhbət edəcəkləri çay süfrəsi olacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.

"Nümayəndə heyətləri formatında danışıqlar artıq başa çatıb. Hazırda dar tərkibdə nahar var, ondan sonra üzbəüz çay süfrəsi olacaq".

Xatırladaq ki, əvvəllər ölkə liderləri nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb, söhbət təxminən saat yarım davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.