BAKI, 18 oktyabr — Sputnik. Ukrayna danışıqlar prosesini istəyirsə, teatr jestlərə ehtiyac yoxdur, Rusiya ilə danışıqları qadağan edən qərar ləğv edilməlidir. Bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Çində baş tutan səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Əgər Ukrayna tərəfi həqiqətən danışıqlar aparmaq istəyirsə, o zaman hansısa teatral jestlər etmək yox, ilk növbədə Ukrayna prezidentinin danışıqlar aparmağı qadağan edən qərarını ləğv etmək lazımdır", - deyə Putin bildirib.
O, bunu Macarıstanın Baş naziri Viktor Orbana Ukraynada atəşkəsin və sülh yolu ilə həllin mümkünlüyü məsələsini qaldırarkən deyib.
"Söhbətimizin bu hissəsində mənim mövqeyim məlumdur, burada heç bir sirr yoxdur", - deyə Rusiya prezidenti əlavə edib.
Orban bu yaxınlarda bildirib ki, Ukraynada atəşkəs perspektivləri ilə bağlı suala Rusiya prezidentindən ümidverici olmayan cavab alıb. Jurnalistlər Macarıstanın Baş nazirinin səslənən cavabdan niyə ümidli olmadığını soruşublar.
"Mənə elə gəlir ki, cənab Orban prinsipcə çox praqmatik, nikbin insandır. Düşünmürəm ki, onun ümidləri tükənib", - deyə Putin qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.