BAKI, 18 oktyabr — Sputnik. Dünən Vladimir Putin və Macarıstanın baş naziri "Bir kəmər, bir yol" forumu ərəfəsində görüşüblər.
Orbanın sözlərinə görə, Budapeşt heç vaxt belə çətin vəziyyətdə olmayıb və heç vaxt Rusiya ilə üz-üzə gəlmək istəməyib.
Putin də öz növbəsində aşağıdakıları qeyd edib:
- Macarıstan və Rusiya arasında son onilliklər ərzində münasibətlər yalnız bir-birinin maraqları əsasında qurulub;
- Bu il ticarət dövriyyəsi 35% azalıb, bununla bağlı nə edəcəyimizi düşünməliyik.