BAKI, 18 oktyabr — Sputnik. Bakıdakı Rus evində Sankt-Peterburq Politexnik Universitetinin nümayəndə heyəti ilə görüş təşkil olunub. Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Rusiya və Azərbaycanın ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Sankt-Peterburq Politexnik Universitetinin hüquq elmləri və məhkəmə-texniki ekspertizası ali məktəbinin direktoru Dmitri Moxov və həmin universitetin maddələr, materiallar və ərintilər laboratoriyasının tədqiqatçısı Svetlana Koçemerovskaya ali təhsil ocağının məhkəmə-texniki ekspertiza, eləcə də məhkəmə-hüquq və psixolinqvistika sahələrində qabaqcıl layihələrindən söhbət açıblar.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov görüşdə çıxış edərək Azərbaycanın ali məktəbləri ilə əlaqələrin qurulmasının mühümlüyünü vurğulayıb. Sonda suallar cavablandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.