RUSİYA

Zaxarova: Putin və Si Cinpin arasında görüşlər formal xarakter daşımır

Rusiya və Çin başçıları arasında istənilən təmas sazişlərin icrasını müzakirə etmək və yeni genişmiqyaslı əməkdaşlıq layihələrini razılaşdırmaq imkanı yaradır.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Vladimir Putin və Si Cinpin arasında görüşlər heç vaxt formal olmayıb, onların əhəmiyyəti qlobal gündəm kontekstində artır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çinin "Global Times" nəşrinə müsahibəsində söyləyib.
"Belə görüşlər heç vaxt formal olmayıb, onlar sürətlə dəyişən geosiyasi vəziyyət kontekstində getdikcə daha çox əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Diplomat qeyd edib ki, Rusiya və Çin başçıları arasında istənilən təmas sazişlərin icrasını müzakirə etmək və yeni genişmiqyaslı əməkdaşlıq layihələrini razılaşdırmaq imkanı yaradır.
Bundan əvvəl dövlət başçısı, həmçinin bildirib ki, Moskva və Pekin hətta mürəkkəb məsələlərdə də həmişə kompromis tapmağa çalışıblar. Müzakirənin hər addımında hər iki tərəf öz milli maraqlarından çıxış edib.
Bundan əlavə, Putin qeyd edib ki, çinli həmkarı Si Cinpin "beynəlxalq platformada özünü göstərmək"dən xoşlanan bəzi dünya liderlərindən fərqlidir.