CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərərçəkmiş: "İstəyirəm ki, Vaqif Xaçaturyana ən ağır cəza verilsin"

Vaqif Xaçaturyanın növbəti məhkəməsi başlayıb
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Bu gün Yasamal Rayon Məhkəməsində 1991-ci ilin dekabrın 22-də Xocalı rayonu Meşəli kəndində törədilmiş qırğında təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi keçirilir.
Məhkəmədən öncə zərərçəkmiş şəxslərdən biri Kazımov Məmməd İslam oğlu Sputnik Azərbaycan-a danışıb. Zərərçəkmiş bildirib ki, bu gün təqsirləndirilən Vaqif Xaçaturyanın Azərbaycan dilini yaxşı bildiyini və onun da içində olduğu erməni quldurları tərəfindən əsir götürülərkən olmazın işgəncələrə məruz qaldığını bildirib:
"Mən girov götürüləndə 18 yaşım var idi. Girov olduğum müddətdə şəxsən Vaqif Xaçaturyan tərəfindən fiziki işgəncələrə məruz qalmışam. Bizi ermənilərin əlindən o vaxt Qarabağda olan Rus hərbçiləri xilas etdi. Yoxsa onların əlindən sağ çıxacağımıza ümid yox idi. İstəyirəm ki, Xaçaturyana ən ağır cəza verilsin və ömürlük həbsə məhkum edilsin".