CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsraildən Azərbaycana aviareyslərin həyata keçiriləcəyi tarix açıqlanıb

"Israir Airlines" Təl-Əviv - Bakı istiqamətində olacaq uçuşlar üzrə biletlərin satışını elan edib.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. İsraildən Azərbaycana həyata keçiriləcək aviareyslərin tarixi məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, "Israir Airlines" oktyabrın 20-si, 23-ü, 25-i və 30-da saat 17:45-də Təl-Əviv - Bakı istiqamətində olacaq uçuşlar üzrə biletlərin satışını elan edib.