BAKI, 17 oktyabr — Sputnik. Sabah Bakının Nəsimi, Binəqədi və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Bakı Metropoliteni" QSC-yə məxsus "Xocəsən" elektrik Deposunun qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq "Qaz İxrac" İdarəsinə məxsus diametri 720 mm-lik "Qaradağ-Xırdalan" yüksək təzyiqli magistral qaz kəmərinin 26-cı km hissəsində qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı oktyabrın 18-də saat 09:00-dan işlər başa çatanadək "Xocasən", "Alatava" və "Sulutəpə" Qaz Paylayıcı Stansiyalarından, həmçinin "Fərəh MMC" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.