DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya DİN-in Ermənistandakı nümayəndəliyinin rəsmisi iş yerində ölüb

V.Ponomaryovun ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. İrəvanda Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Ermənistandakı nümayəndəliyinin rəhbərinin müavini Vyaçeslav Ponomaryov iş yerində ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Onun 37 yaşı olduğu bildirilib. V.Ponomaryovun ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Hadisə ilə bağlı Arabkir rayon İstintaq şöbəsi tərəfindən cinayət işi başlanıb.