BAKI, 17 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri Ukraynada XHƏ başlayandan bəri ABŞ-ın Rusiya ilə Çin arasında gərginlik yaratmaq cəhdlərinin puç olduğuna bir daha sübutdur.
Bu barədə "The Wall Street Journal" yazıb.
Şərhçilər Brayan Speqele və Ceyms T. Areddi bildiriblər ki, Çin çərşənbə axşamı günü ölkənin paytaxtında Putini "qollarını açaraq" qarşılayıb. Jurnalistlər əlavə ediblər ki, səfər "Qərbin təzyiqləri qarşısında Rusiya-Çin tərəfdaşlığının gücünün" təsdiqidir.
Xatırladaq ki, Putin bu gün Pekinə ikigünlük səfərə gedib. Burada o, üçüncü "Bir kəmər, bir yol" forumunda iştirak edəcək, həmçinin Çin lideri Si Cinpinlə danışıqlar aparacaq.
Putin bu gün, həmçinin Macarıstanın baş naziri Viktor Orbanla da görüşüb. Prezident qeyd edib ki, son onilliklərdə iki ölkə arasında münasibətlər bir-birinin maraqları nəzərə alınmaqla qurulub.