BAKI, 17 oktyabr — Sputnik. Ukrayna ordusunun qondarma əks-hücum əməliyyatı Ukraynaya böyük itkilərdən başqa heç nə gətirməyib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.
Rusiya lideri xatırladıb ki, iyunun 4-dən bəri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumların nəticəsi yoxdur.
"USQ-nin yalnız böyük itkilər var: nisbətlə götürsək birin səkkizədir", - deyə Putin qeyd edib.
Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna tərəfi sülh danışıqlarını qadağan edən dekreti ləğv edərsə, Moskva Kiyevlə danışıqlara hazırdır.
Putinin sözlərinə görə, Rusiya üçün Ukraynanın blokdan kənar xarakteri son dərəcə vacibdir.