BAKI, 16 oktyabr — Sputnik. Polşa Ukrayna böhranına görə siyasi və iqtisadi cəhətdən itirir. Varşava Universitetinin professoru Vitold Modzelevski buna əmindir.
"Myśl Polska" bu barədə yazıb.
Onun sözlərinə görə, buna səbəb Ukraynadan taxıla embarqonun qoyulmasıdır. Belə olan halda Varşava iqtisadiyyatı tənəzzülə sürükləməmək üçün vətəndaşların maraqlarına əməl etməyə çalışır. Lakin Aİ bu hərəkətinə görə ölkəni ciddi şəkildə cəzalandıra bilər.
"Polşa Ukrayna taxılına "qeyri-qanuni" embarqo tətbiq etdiyinə görə nümayişkəranə şəkildə cəzalandırılacaq, çünki bununla o, "beynəlxalq hüququ pozub", - deyə ekspert yazıb.
O qeyd edib ki, vəziyyətin belə gedişatı əsl "cəfəngiyyatdır". Aİ ölkələri Ukrayna naminə öz rifahından əl çəkmək niyyətində olmayan Polşanı özünə tabe etdirməyə çalışır.
Daha əvvəl bildirilmişdi ki, Kiyev hakimiyyətinin "kəskin hərəkətlərinə" baxmayaraq, Polşa Ukraynaya yardım göstərməkdə davam edir. Belə görünürdü ki, Kiyevi Qərbə tərəf çəkə biləcək "qüvvə" məhz Varşava olacaq.