FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tarixi gün: Azərbaycan bayrağı Xankəndində dalğalanır - foto

Oktyabrın 15-də dövlət başçısı üçrəngli bayrağımızı Xankəndi, Ağdərə, Əsgəran, Xocalı və Xocavənd şəhərlərində ucaldıb.
Sputnik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.
Bu yaşayış məntəqələri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
1 / 14

Ötən gün, oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

2 / 14

Dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

3 / 14

Sonra Prezident İlham Əliyev şəhərin ərazisinə baxış keçirib.

4 / 14

Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində də olub.

5 / 14

Dövlət başçısı həmçinin Şuşa rayonunun Malıbəyli kəndinə səfər edib.

6 / 14

Daha sonra Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

7 / 14

Dövlət başçıs ıXocalı rayonunun Əsgəran qəsəbəsinə də baş çəkib.

8 / 14

Burada Prezident İlham Əliyev Əsgəran qalasında olub.

9 / 14

Daha sonra Prezident İlham Əliyev Xocavənd şəhərinə gedib.

10 / 14

Azərbaycan Prezidenti Xocavənd şəhərində Dövlət Bayrağını ucaldıb.

11 / 14

Prezident İlham Əliyev Ağdərə şəhərində də olub.

12 / 14

Dövlət başçısı həmçinin Tərtər rayonuna da səfər edib.

13 / 14

Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

14 / 14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.