BAKI, 16 oktyabr — Sputnik. Polşanın hakim partiyası parlamentdəki çoxluğu itirə bilər. "Exit-poll" nəticələrinə görə, hakim partiya təxminən 40% səslə seçkilərdə liderdir. Lakin bu, hakim çoxluq yaratmaq üçün kifayət deyil. Müxalifətdəki keçmiş baş nazir Donald Tuskun "Vətəndaş Koalisiyası" ilkin olaraq 26%, müttəfiqləri isə 20%-dən çox səs toplayır. Bu, son nəticədə onlara parlamentdə yerlərin əksəriyyətini qazanmağa imkan verəcək. Tusk özü də artıq bəyan edib ki, yeni hökuməti məhz o formalaşdıracaq.
"The Guardian" yazır ki, Avropa Şurasının keçmiş rəhbəri və keçmiş baş nazir Donald Tusk öz qələbəsini elan etmək üçün sandıqlar bağlanana qədər çətinliklə gözləyir. Hakim "Qanun və Ədalət" partiyası son nəticədə səslərin sayına görə lider olsa da, Tuskun səhv etdiyini söyləmək olmaz. Müxalifətin birləşmiş koalisiyası çox güman ki, parlamentdə yerlərin əksəriyyətini qazanacaq.
"Bu, pis zamanların, Qanun və Ədalətin hakimiyyətinin sonu olacaq. Bu gün Polşanın dirçəlişinin başlanğıcı kimi tarixə düşəcək", - deyə Donald Tusk tərəfdarların alqışları altında bəyan edib.
2023-cü ildə Polşada seçkilər: partiyalar, liderlər, proqnozlar
"Financial Times" qeyd edir ki, Qanun və Ədalət Partiyası səkkiz il parlamentdə çoxluğa sahib olub və bu müddət ərzində ictimai televiziyanı hökumətin təbliğat vasitəsinə çevirə bilib. O, həmçinin abort hüquqlarını məhdudlaşdırdı və eynicinsli cütlükləri, miqrantları və qaçqınları şeytanlaşdırdı. Bu, Brüsseldə qəzəb doğurdu və nəticədə Polşaya ayrılan on milyardlarla avro maliyyə vəsaitini donduruldu. Tusk vəsaitin sərbətliyini təmin edəcəyini və Varşavanı möhkəm Avropapərəst yola qaytaracağını vəd edib.
"The Washington Post" xatırladır ki, bununla belə, müxalifətin qalibiyyətləri hesablamaları vaxtından əvvəl ola bilər. Hökumətin formalaşdırılmasının kimə həvalə ediləcəyi ilə bağlı qərarı - hazırkı baş nazir Mateuş Moravietski, yoxsa keçmiş Hüquq və Ədalət üzvü, prezident Anjey Duda verəcək. Onun mandatı səs çoxluğunu qazanan partiyaya verməsi tamamilə mümkündür. Bundan əlavə, ümumi dəyəri hakim partiyaya nifrət olan rəngli koalisiya deyil, sabit koalisiya ölkənin üzləşdiyi problemlərin öhdəsindən gələ bilər.