İQTİSADİYYAT

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

Layihə yaxın günlərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Bu barədə "Report"a parlamentdəki mənbə məlumat verib.
Layihə yaxın günlərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.