QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə daha 581 mina aşkarlanıb

631 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.10.2023 - 15.10.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 496 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 1732 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 631 hektar ərazi mina və PHS-lərdən təmizlənib.