RUSİYA

Putin nüvə gücləri arasında müharibə ehtimalına belə cavab verdi

Rusiya lideri bildirib ki, nüvə gücləri arasındakı münaqişəni Ukraynada davam edən xüsusi əməliyyatla və ya Yaxın Şərqdəki hazırkı vəziyyətlə müqayisə etmək olmaz.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Heç bir sağlam düşüncəli insan nüvə gücləri arasında müharibənin mümkünlüyü fikrini heç vaxt ağlına gətirməməlidir. Belə bir açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin "Moskva. Kreml.Putin" proqramında jurnalist Pavel Zarubinə müsahibəsində çıxış edib.
Müxbirin xahişi ilə dövlət başçısı ABŞ Konqresinin bu yaxınlarda dərc etdiyi tövsiyəyə münasibət bildirib. Söhbət Rusiya və Çinlə eyni vaxtda silahlı qarşıdurmaya, o cümlədən nüvə silahından istifadəyə hazırlaşmaq çağırışından gedir.

“Düşünmürəm ki, bu düşüncə ağlı başında olan insanların ağlına gəlməməlidir. Amma gələrsə, bu, bizi yalnız ehtiyatlı edir”, - Putin vurğulayıb.

O əlavə edib ki, nüvə gücləri arasında münaqişə başqa məsələdir. Bunu Ukraynada davam edən xüsusi əməliyyatla və ya Yaxın Şərqdəki hazırkı vəziyyətlə müqayisə etmək olmaz.
Bundan əlavə, söhbət zamanı Rusiya lideri Moskva ilə Pekin arasında münasibətləri dəyərləndirib. O deyib ki, Qərb ölkələrindən fərqli olaraq Rusiya Federasiyası və Çin hərbi-siyasi birlik yaratmağa can atmır.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyi Putinin iştirak edəcəyi “Bir kəmər, bir yol” forumunun vaxtını açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.