DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Axios: ABŞ Çinə çip ixriacına dair məhdudiyyətləri elan edəcək

Yeni tədbirlərin ixraca nəzarət boşluqlarını bağlayacağı və inkişaf etmiş imkanlara malik olanlardan bir qədər güclü olan çiplərə tətbiq ediləcəyi gözlənilir.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Gələn həftə ABŞ administrasiyası süni intellekt çiplərinin və onların istehsalı üçün avadanlıqların Çinə ixracına dair yeni nəzarət tədbirlərini elan etməyə hazırlaşır. Bu barədə "Axios" nəşri ABŞ prezidenti Co Baydenin administrasiyasındakı yaxın mənbələrinə istinadən xəbər verir.
"Axios"un məlumatına görə, yeni məhdudiyyətlərin ixraca nəzarət boşluqlarını bağlayacağı və inkişaf etmiş imkanlara malik olanlardan bir qədər güclü olan çiplərə tətbiq ediləcəyi gözlənilir. Bundan əlavə, gözlənilən tədbirlər qabaqcıl yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlıqların ixracını məhdudlaşdıraraq ABŞ ixracını Yaponiya və Hollandiya tərəfindən qoyulan qaydalara uyğunlaşdıracaq.
Çip, arxiv
Ötən il ABŞ Çinə yüksək texnologiyalı çiplərin və onların istehsalı üçün avadanlıqların tədarükünə genişmiqyaslı ixrac məhdudiyyətləri tətbiq edib. Lakin bu məhdudiyyətlər qadağalardan yan keçmək üçün boşluqlar saxlayıb.
Xüsusilə, məhdudiyyətlər Çin şirkətlərinin xarici filiallarına şamil edilməyib, bu da onların Çinə daşınmasını və ya Çindən olan istifadəçilər üçün onlara uzaqdan girişin təşkilini asanlaşdırıb. Reuters xəbər verir ki, çinlilərə satışı qadağan edilən çipləri Çinin özündə asanlıqla almaq olar. Yayda ABŞ Nvidia və AMD kimi çip istehsalçılarına Yaxın Şərqə süni intellekt çiplərinin tədarükünü məhdudlaşdırmağı tapşırıb. Gözlənilir ki, məhdudiyyətlər artıq bazarda fəaliyyət göstərən bütün şirkətlərə şamil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.