PAYTAXT XƏBƏRLƏRİ

Eldar Əzizov: Bakı bütün dünyada tanınan və fərqlənən brend şəhərə çevrilib

Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.
Sputnik
BAKI, 14 oktyabr - Sputnik. Həyata keçirilən tədbirlər nəticəsində Bakı bu gün bütün dünyada tanınan və fərqlənən brend şəhərə çevrilib.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda keçirilən konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
"Son 20 ildə şəhərdə çoxsaylı yaşayış kompleksləri tikilib. Xəstəxanaların sayı 2 dəfə artıb. Bu dinamikanı bağçalara, məktəblərə də aid etmək olar. Paytaxtımızda 400-ə yaxın park salınıb, yaşıllıq sahə genişləndirilib. Bakı şəhərində sənaye müəssisələri 70 faiz artaraq 2300-ə çatıb" - deyə, o bildirib.