İQTİSADİYYAT

Azərbaycanda ət, süd, yumurta istehsalı artıb

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 2,5 faiz artıb.
Sputnik
BAKI, 14 oktyabr - Sputnik. 2023-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9996,9 milyon manat təşkil edib ki, onun da 4539,6 milyon manatı heyvandarlıq, 5457,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 2,5 faiz artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.