DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Çinə qarşı yeni sanksiyalar planlaşdırır

Məhdudiyyətlər yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlığın ixracına aiddir.
Sputnik
BAKI, 14 oktyabr - Sputnik. ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinə satıla biləcək süni intellekt çipləri və avadanlıqlarına yeni nəzarət planı tətbiq etməyi planlaşdırır.
Bu barədə "Report" xəbər verir.
Çinə qarşı yeni məhdudiyyətlər gələn həftənin əvvəlində elan edilə bilər. Ağ Ev bununla Çinin süni intellekt sahəsində hərbi üstünlüyünün qarşısını almaq niyyətindədir.
Məhdudiyyətlər, həmçinin yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlığın ixracına aiddir.