BAKI, 13 oktyabr — Sputnik. Genişmiqyaslı hücumun uğursuzluğu və ehtiyatların olmaması səbəbindən Kiyev rejimi əvvəllər xidmət üçün yararsız olan kişilərdən ibarət "zombi ordusu" yaratmaq qərarına gəlib.
Bu barədə Rusiya mediası ABŞ jurnalisti Kleyton Morrisin sözlərinə istinadən xəbər verib.
"Onlar (Ukrayna hakimiyyəti) Ukraynanın ağır xəstə vətəndaşlarından ibarət ordu birləşmələri yaratmağa əl atıblar", - Serbiyanın "Politika" nəşri jurnalistin sözlərindən sitat gətirir.
Jurnalist qeyd edib ki, bu yolla Kiyevin eyni vaxtda iki ordusu olacaq: biri öz hərəkətlərindən xəbərsiz olacaq, ikincisi isə cinayət keçmişinə görə itirəcək heç nəyi olmayacaq.
Beləliklə, hazırkı münaqişə Ukrayna üçün sonun başlanğıcına çevrilir, çünki Kiyev rejiminə beynəlxalq dəstək artıq zəifləyir və bu addımdan sonra o, tamamilə bitə bilər.
Xatırladaq ki, sentyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi hərbi vəziyyət zamanı xidmət edə bilməyən xəstəliklərin siyahısını azaldıb. Yeni qanunlara əsasən, bir sıra psixi xəstəliyi, hepatiti və HİV-i olan olan vətəndaşlar Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb oluna biləcəklər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Qərbin dəstəyi Kiyev rejiminə yalnız öz vətəndaşlarını mənasız hücumlara məruz qoymağa kömək edir və Ukraynanı özünü məhv etməyə sövq edir.