RUSİYA

Putin: Rusiya MDB-də sədrliyi dövründə hərbi əməkdaşlığa xüsusi diqqət yetirəcək

Putin qeyd edib ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Rusiya gələn il MDB-də sədrliyi zamanı hərbi əməkdaşlığa və tarixin saxtalaşdırılmasına qarşı mübarizəyə xüsusi diqqət yetirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin MDB sammitinin geniş tərkibdə keçirilən iclasında deyib.
"Hərbi və hüquq-mühafizə sahələrindəhəm yeni, həm də ənənəvi çağırışlara birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə, Birliyin xarici sərhədlərinin möhkəmləndirilməsinə diqqət yetiriləcək", - deyə o, bildirib.
Putin qeyd edib ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir.
"Biz ümumi keçmişimizin yaddaşını qorumaq, tarixi saxtalaşdırmaq və nasizmi gücləndirmək cəhdlərinə qarşı koordinasiyalı addımlar atmağı vacib hesab edirik", - Rusiya prezidenti bildirib.
"Rusiya MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinə əlavə təkan verməyi planlaşdırır. Moskva vahid hüquqi məkanın formalaşdırılması üçün qanunvericilər arasında əməkdaşlığın intensivləşdirilməsində, parlament assosiasiyaları ilə əlaqələrin gücləndirilməsində maraqlıdır", - Putin qeyd edib