RUSİYA

Putin: "Qızıl milyard" ölkələri obyektiv səbəblərdən liderliklərini itirirlər

Rusiya prezidentinin fikrincə, bu dövlətlər "sırf obyektiv şəraitə görə" liderlik mövqelərini itirirlər.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. "Qızıl milyard" adlandırılan ölkələr dünya arenasında liderliklərini qoruyub saxlamaq cəhdlərinə baxmayaraq, özlərinin lider mövqelərini itirirlər.
Rusiya Prezidenti Vladimir Putin belə hesab edir. O, bu barədə Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Rusiya Federasiyasının rəhbərinin sözlərinə görə, bu dövlətlər "sırf obyektiv şəraitə görə" liderlik mövqelərini itirirlər.
"Trendlər belədir: "qızıl milyard" adlanan ölkələr liderliklərini qoruyub saxlamaq cəhdlərinə baxmayaraq, tədricən liderliklərini itirirlər", - deyə Putin vurğulayıb.
Qeyd edək ki, Prezident Vladimir Putinin oktyabrın 12-də rəsmi səfərə gəldiyi Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.