RUSİYA

Putin Mərkəzi Avrasiya nəqliyyat dəhlizinin formalaşdırılması məsələsinə baxmağı tapşırıb

15 fevral 2024-cü ilə qədər tamamlanmalı olan sifarişə baş nazir Mixail Mişustin məsul şəxs təyin edilib.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Fevralın 15-dək Monqolustan Qərbi Çindən keçməklə Mərkəzi Avrasiya nəqliyyat dəhlizinin formalaşdırılması məsələsinə baxılmalıdır.
Rusiya Prezidenti Vladimir Putin bunu Rusiya hökumətinə tapşırıb.

"Monqolustan və Qərbi Çindən keçməklə Mərkəzi Avrasiya nəqliyyat dəhlizinin formalaşdırılması məsələsinə baxılsın və onun formalaşdırılması üçün mümkün tədbirlərə dair təkliflər təqdim edilsin", - sərəncamın mətnində belə deyilir.

Sifariş 15 fevral 2024-cü ilə qədər tamamlanmalıdır. Baş nazir Mixail Mişustin məsul şəxs təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.