RUSİYA

Putin MDB çərçivəsində qarşılıqlı əlaqələrdən danışıb

Rusiya lideri bildirib ki, bu ümumi diplomatik formulun arxasında MDB dövlətləri arasında real işlər və münasibətlərin real vəziyyəti dayanır.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. MDB çərçivəsində qarşılıqlı fəaliyyət çətin geosiyasi vəziyyət fonunda inkişaf edir, lakin MDB formatına tələbat var. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"MDB etibarlı və şübhəsiz ki, tələb olunan və səmərəli əməkdaşlıq formatı olaraq qalır, onun çərçivəsində iştirakçı dövlətlər münasibətləri yalnız . tərəfdaşlıq, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qururlar", - Putin MDB sammitində məhdud tərkibdə keçirilən iclasında deyib.

O vurğulayıb ki,bu ümumi diplomatik formulun arxasında MDB dövlətləri arasında real işlər və münasibətlərin real vəziyyəti dayanır.
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.