DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa müxalifəti hakimiyyətə gəldikdən dərhal sonra abortlara icazə verəcəyini vəd edib

Polşada 1993-cü ildən abortlar qadağan edilib. Yeganə istisna hamilə qadının həyatına təhlükə və ya hamiləliyin təcavüz nəticəsində baş verməsidir.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Polşa müxalifəti hakimiyyətə gəldikdən dərhal sonra abortlara icazə verəcəyini vəd edib.
Bunu müxalifətdəki Vətəndaş Koalisiyasının liderlərindən biri, Varşava meri Rafal Tşaskovski "Wyborcza" qəzetinə müsahibəsində bildirib.
Qeyd edək ki, Polşada 1993-cü ildən abortlar qadağan edilib. Yeganə istisna hamilə qadının həyatına təhlükə və ya hamiləliyin təcavüz nəticəsində baş verməsidir.
"Bu, bizim prioritetlərimizdən biridir. Seymin ilk iclasında biz hamiləliyin 12-ci həftəsinə qədər abortlara icazə verən layihəni təqdim edəcəyik", - deyə Tşaskovski bildirib.
O, əmindir ki, bu qanun layihəsinə təkcə "Vətəndaş Koalisiyası"nın deputatları səs verməyəcəklər.
"Vətəndaş Koalisiyasının bütün deputatları lehinə səs verəcəklər. Mən bunu "Solçular" haqqında deyə bilərəm", - deyə siyasətçi bildirib.
Xatırladaq ki, gələn bazar günü Polşada növbəti parlament seçkiləri keçiriləcək. Son rəy sorğuları hakim "Qanun və Ədalət" partiyasının (PiS) cüzi üstünlüyünü göstərir, lakin bu, müstəqil hökumət qurmaq üçün kifayət etmir ki, bu da koalisiyaların yaradılması zərurəti deməkdir.