BAKI, 13 oktyabr — Sputnik. Misir Ərzaq Satınalma Agentliyi (GASC) bu həftə Rusiya Federasiyasından, təxminən 800 min ton buğda satın almağa razılaşıb. Bu barədə Taxıl İxracatçıları İttifaqının məlumatında deyilir.
Oktyabrın 12-də GASC buğdanın satınalınması (çatdırılma şərtləri - FOB) üçün alıcının seçiminə uyğun olaraq çatdırılma müddəti 15 gündən 30 günədək, ödənişi isə 180 və ya 270 gündən sonra həyata keçirilməklə tender keçirib.
Taxıl İxracatçıları İttifaqının özünün"Telegram" kanalında verdiyi xəbərə görə, "GASC iri özəl sövdələşmədən sonra uğurunu möhkəmləndirib və dünən başa çatan tenderdə daha 300 min ton Rusiya buğdasını əldə edib. Çatdırılma qiyməti 180 gün təxirə salınmış ödənişlə FOB şərti ilə 260 ABŞ dolları təşkil edir".
Çərşənbə axşamı məlum olub ki, GASC Rusiya Federasiyasından tenderdən kənar 480 min ton buğdanı FOB şərti bir ton üçün 265 ABŞ dolları qiymətinə, akkreditivlə 270 gün ərzində ödəniş şərti ilə alıb.
Beləliklə, Misirin bu həftə Rusiya Federasiyasından alacağı buğdanın ümumi həcmi 780 min ton təşkil edir.
Taxıl İxracatçıları İttifaqı onu da bildirib ki, cümə axşamı keçirilən tenderdə Misir Rusiyadan başqa digər Qara dəniz ölkələrindən - Bolqarıstandan hər ton FOB qiyməti 257 dollar olan 50 min ton və hər ton FOB qiyməti 260 dollar olan 120 min ton Rumıniyadan satın almaq barədə razılığa gəlib.