BAKI, 13 oktyabr — Sputnik. Əfqanıstanın Baqlan əyalətində məscid yaxınlığında baş verən partlayış nəticəsində azı 17 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Bu barədə yerli mənbə RİA Novosti-yə bildirib.
Bundan əvvəl Ariana News kanalı Əfqanıstanın Baqlan əyalətinin mrəkəzi şəhəri olan Puli Xumridə cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verdiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin MDB sammitində deyib ki, Əfqanıstanda vəziyyət ağır olaraq qalır, çoxlu təhdidlər gəlir və Moskva bununla bağlı Tacikistanın narahatlığını bölüşür.
"Mən Tacikistanın Əfqanıstan ərazisindən gələn təhdidlərlə bağlı narahatlığını dəstəkləməyi məqsədəuyğun hesab edirəm. Bu ölkədə vəziyyət mürəkkəbdir, belə qalmaqda davam edir və kifayət qədər təhlükələr var. Hesab edirəm ki, Tacikistan Prezidenti bu barədə dvəziyyəti daha yaxşı bilir, çünki o, məhz sərhəddə bu problemlərlə üzləşib", - Rusiya lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.