SƏHİYYƏ

Bu il Azərbaycanda neçə nəfər İİV-ə yoluxub?

Ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Bu il Azərbaycanda 717 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
"Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub", - məlumatda qeyd edilib.
Qeyd edək ki, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.
Dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur. 2020-ci ildə İİV-ə 1.5 milyon yeni yoluxma, 680 min isə ölüm halı qeydə alınıb.