BAKI, 12 oktyabr — Sputnik. Sentyabr ayında Ukrayna dünya bazarlarına taxıl tədarükünü illik ifadədə 2,3 dəfə azaldıb, nəticədə onun bu fəaliyyət növündən gəliri 2,8 dəfə azalıb.
"RİA Novosti"nin Ukrayna Kənd Təsərrüfatı və Gömrük Nazirliyinin məlumatlarına əsaslanaraq hesablamalarından bu qənaətə gəlib.
Daha əvvəl "RİA Novosti" hesablamışdı ki, iyulda taxıl müqaviləsi ləğv edildikdən sonra Ukraynanın qarğıdalı, buğda və arpa tədarükü əvvəlki ayla müqayisədə 38%, avqustda isə daha 2% azalıb.
İxrac həcmlərinin azalması sentyabrda güclənib: tədarüklər avqust ayı ilə müqayisədə 10% azalaraq 2 milyon tona düşüb. İllik ifadədə də bu rəqəm 2,3 dəfə azalıb. Eyni zamanda, taxıl ixracının dəyəri kəskin şəkildə - aylıq 13% və illik 2,8 dəfə azalaraq 335,5 mln dollar olub.
İxracda əsas azalma limanlarda baş verib: onlar vasitəsilə daşınmalar 14% azalaraq 1,4 milyon tona düşüb. Bərələrlə ixrac 2,4 dəfə azalaraq 37 min tona, həmçinin yük avtomobilləri ilə ixrac 1,5 dəfə azalaraq 63 min tona düşüb. Yalnız dəmir yolu artım göstərib, onun vasitəsilə ixrac 14% artaraq 555 min tona çatıb.
Ardıcıl ikinci aydır ki, buğda satışa çıxarılan əsas Ukrayna taxılına çevrilib - 211 milyon dollar məbləğində 1,3 milyon ton ixrac edilib. Eyni zamanda, qarğıdalı tədarükləri azalmaqda davam edir - ötən ayla müqayisədə 1,4 dəfə azalaraq 108 milyon dollar dəyərində 628 min tona qədər enib. Arpa satışı ay ərzində 18% azalaraq 120 min tona (16 milyon dollar) düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.