RUSİYA

Qırğızıstan Aİİ, MDB və KTMT-nin potensialını inkişaf etdirməyə davam edəcək - Japarov

Rusiya Federasiyasının prezidenti oktyabrın 12-də Bişkekə səfər edib və Qırğızıstan lideri ilə ikitərəfli danışıqlar aparıb.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Qırğızıstan MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxil olmaqla inteqrasiya birliklərinin potensialını inkişaf etdirməyi davam etdirməyi hədəfləyir. Bunu Bişkekdə Qırğızıstan dövlətinin başçısı Sadır Japarov Rusiya prezidenti Vladimir Putindən "Şərəf" ordeni aldıqdan sonra bildirib.

"Mən bu mükafatı Qırğızıstan-Rusiya münasibətlərinin yüksək səviyyəsi kimi qəbul edirəm. Aİİ, MDB və KTMT kimi birliklərimizin inteqrasiya potensialını inkişaf etdirmək üçün bütün səylərimi sərf etmək əzmindəyəm", - deyə Japarov qeyd edib.

Rusiya Federasiyasının prezidenti oktyabrın 12-də Bişkekə səfər edib və Qırğızıstan lideri ilə ikitərəfli danışıqlar aparıb. Rusiya Prezidenti sabah Qırğızıstanın paytaxtında MDB Dövlət Başçıları Şurası iştirakçılarının növbəti iclasında iştirak edəcək.
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır. Bu barədə Rusiya Prezidenti "Rusiya enerji həftəsi"nin plenar iclasında deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.