BAKI, 12 oktyabr — Sputnik. Qərb Afrikada Rusiyaya dost ölkələrə qarşı təxribat işləri aparılır, buna misal olaraq Çin sədri Si Cinpinin Moskvaya səfəri fonunda Mərkəzi Afrika Respublikasında 9 Çin vətəndaşının qətlə yetirilməsini göstərmək olar. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Afrikada Rusiyaya dost ölkələrə qarşı da təxribat işləri aparılır. Bu il martın 20-də Mərkəzi Afrika Respublikasının Çimbolo şəhəri yaxınlığındakı qızıl mədəninə "Dəyişiklik Naminə Vətənpərvərlər Koalisiyası" silahlı təşkilatının hücumu nəticəsində doqquz Çin vətəndaşı həlak olub. Qərb buna görə Rusiyanı günahlandırmağa tələsib", – Narışkin bildirib.
Narışkin qeyd edib ki, qəribə buasındadır ki, insident Çin sədri Si Cinpinin Moskvaya səfəri ilə üst-üstə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.