RUSİYA

Putin: Rusiyanın Kant aviabazası Mərkəzi Asiyada təhlükəsizliyi təmin edir

Rusiya prezidenti bildirib ki, Kant aviabazası respublikanın müdafiəsini gücləndirməyə, təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edir.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Rusiyanın Kant aviabazası Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə kömək edir. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezidentin sözlərinə görə, bu forpost respublikanın müdafiəsinin gücləndirilməsinə, bütün Mərkəzi Asiyada təhlükəsizliyin və sabitliyin təmin olunmasına böyük töhfə verir.

"Bu, terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq kimi kəskin çağırışlara və təhdidlərə qarşı mübarizə aparmağa kömək edir", - deyə Putin bildirib.

Bununla yanaşı Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Qırğızıstan iki ölkə arasında ticarətdə milli valyutalarda hesablaşmalara aktiv şəkildə keçirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.