DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva və Ər-Riyad qarşılıqlı ticarəti maksimum dərəcədə artırmalıdır - Nazir

Səudiyyə Ərəbistanının energetika naziri bildirib ki, ölkələr qarşılıqlı əlaqələrin əhatə dairəsini genişləndirməli və qarşılıqlı fayda üçün fürsət yaranan kimi bunu reallaşdırmalıdır.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Rusiya və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsini maksimuma çatdırmağa çalışmaq lazımdır, tək bir sektora diqqət yetirməyə ehtiyac yoxdur. Bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz Bin Salman deyib.

"Rusiya və Səudiyyə Ərəbistanı birgə ticarəti və birgə sərmayələri maksimuma çatdırmağa çalışmalıyıq və iqtisadiyyatın hansısa konkret sektoruna diqqət yetirməyə ehtiyac yoxdur", - o, "Rossiya 24" telekanalına müsahibəsində deyib.

O vurğulayıb ki, ölkələr qarşılıqlı əlaqələrin əhatə dairəsini genişləndirməli və qarşılıqlı fayda üçün fürsət yaranan kimi bunu reallaşdırmalıdır.
Oktyabrın 11-dən 13-dək Moskvada Rusiya Enerji Həftəsi keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.