BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində görüşü keçirilir.
Tərəflər "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsini, habelə Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən Rusiya sülhməramlılarının Azərbaycanın bu regionunda gələcək mövcudluğu ilə bağlı fəaliyyətini və perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, iki ölkənin liderləri MDB Sammitində iştirak etmək üçün Qırğızıstana gediblər.
Birliyin üzvü olan dövlət başçılarının görüşü oktyabrın 13-də Bişkekdə keçiriləcək.
Tədbirdə Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək.
Dövlət başçıları əvvəlcə dar çərçivədə danışıqlar aparacaqlar, daha sonra nümayəndə heyətlərinin üzvləri müzakirələrə qoşulacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.