HADİSƏ

Hacıqabulda yataqxanada yanğın zamanı 2-si uşaq olmaqla 5 nəfər ölüb

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.