DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bişkekdə MDB XİN başçılarının Şurası işinə başlayıb

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir. C.Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.