BAKI, 12 oktyabr — Sputnik. MDB ölkələrinin xarici işlər nazirləri Beynəlxalq Rus Dili Təşkilatının yaradılmasını təsdiqləyiblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlama verib.
"Rus Dili üzrə Beynəlxalq Təşkilatın yaradılmasını nəzərdə tutan sənəd təsdiqlənib. Bu sənəd istənilən maraqlı tərəf, o cümlədən Birlik üzvü olmayanlar üçün açıq olacaq", - Lavrov bildirib.
Xarici işlər nazirləri 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması ilə əlaqədar planlaşdırılan tədbirlərə diqqət yetiriblər. Tədbirlər planı qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir. C.Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.