AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.