BAKI, 12 oktyabr — Sputnik. ABŞ cihadçılara Suriya ordusu və Rusiya hərbçilərinin Suriyadakı yerləri və hərəkət marşrutları haqqında məlumat verir. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Məlumata görə, Narışkin oktyabrın 10-12-də Bakıda keçirilən MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 53-cü iclasında iştirak edib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, arxiv
© Sputnik / Алексей Даничев
Xarici Kəşfiyyat Xidməti direktorunun sözlərinə görə, Suriya, İordaniya və İraq sərhədində yerləşən Tanfdakı ABŞ hərbi bazası əsl qanqster yuvasına çevrilib.
"Bu yaxınlarda orada ABŞ-Britaniya "birgə kəşfiyyat komitəsi" yaradılıb, əslində isə İŞİD-in Suriyanın cənubunda və Dəməşq bölgəsində fəaliyyətinə nəzarət etmək üçün qərargah yaradılıb", – Narışkin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.