BAKI, 11 oktyabr — Sputnik. Ukraynada Rusiyaya qarşı Avropadan 13 özəl hərbi şirkətin (ÖHŞ) üzvləri və doqquz xarici hərbiləşdirilmiş proksi birləşmələrin üzvləri döyüşür, 35 ölkədən 800-ə yaxın muzdlu müəyyən edilib. Bunu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.
"Biz 13 Avropa ÖHŞ-nin əməkdaşlarının və doqquz xarici hərbiləşdirilmiş prokşi birləşmələrinin üzvlərinin döyüş əməliyyatlarında iştirakını qeydə almışıq", - deyə Bortnikov çərşənbə günü Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən iclasında bildirib.
"35 ölkədən 794 muzdlu müəyyən edilib", - deyə o əlavə edib.