BAKI, 11 oktyabr - Sputnik. Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Sputnik Azərbaycan səfirliyin "X" səhifəsinə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik".